Rövnəq Abdullayev DESFA-nın səhmlərinin alınmasını müzakirə etdi

SOCAR rəhbəri Yunanıstana səfər edib…

SOCAR rəhbəri Yunanıstana səfər edib.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq AbdullayevYunanıstana səfər edib.

SOCAR-dan Oxu.Az-a verilən məlumata görə, noyabrın 10-da baş tutan səfər çərçivəsində R.Abdullayev Yunanıstanın baş naziri Antonis Samarasla görüşüb.

Görüş zamanı TAP layihəsinin həyata keçirilməsi və Yunanıstan Milli Qazpaylayıcı Şəbəkəsinin operatoru olan DESFA şirkətinə məxsus səhmlərin 66%-nin SOCAR tərəfindən alınması prosesinin tamamlanması ilə bağlı məsələlər müzakirə olunub.

Tərəflər qeyd olunan layihələrin həyata keçirilməsi haqqında fikirlərini bölüşüb.

www.oxu.az