Ruhani Bakıya gəlir – YENİLƏNİB

Ruhaninin Azərbaycana səfərinin vaxtı açıqlanıb…

Ruhaninin Azərbaycana səfərinin vaxtı açıqlanıb.

İran prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfərinin vaxtı məlum olub.

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə Bakıda səfərdə olan İranın rabitə və informasiya naziri Mahmud Vaizi bildirib.
 
Onun sözlərinə görə, səfər noyabrın 12-13-də baş tutacaq.
 
Səfər çərçivəsində iki ölkə arasında 10 sənədin imzalanması gözlənilir.

11:34

İran prezidenti Həsən Ruhani gələn həftə Azərbaycana səfər edəcək.

Oxu.Az İRİB-ə istinadən xəbər verir ki, bu barədə İranın telekommunikasiya naziri Mahmud Vaezi bildirib. 

Məlumata görə, Həsən Ruhani Bakıya səfəri çərçivəsində ikitərəfli görüşlərin keçirilməsindən başqa, 10-a yaxın sənəd də imzalayacaq.

Vaezinin sözlərinə görə, gündəlikdə dayanan ən mühüm məsələlərdən biri Azərbaycandan elektrik enerjisinin alınmasıdır.

Bundan başqa, sərhədyanı çayların resurslarının bölünməsi, gömrük, nəqliyyat, qaz və energetika sahələrində məsələlər, turizm və iki ölkə arasında ticarət sahəsində əməkdaşlıq müzakirə olunacaq.

İranın telekommunikasiya naziri əlavə edib ki, Azərbaycan prezidenti İlham Əliyevin Tehrana səfəri çərçivəsində iki ölkə arasında münasibətlərdə müsbət atmosfer yaranıb.

Vaezi vurğulayıb ki, Ruhaninin Bakıya səfəri İran və Azərbaycan arasında mehriban qonşuluq münasibətlərinin inkişafı yolunda daha bir addım olacaq. 

www.oxu.az