Rumuniyada prezident seçkiləri keçirilir

Bugünkü seçkilər nəticə vermədiyi halda, 16 noyabrda ikinci tur keçiriləcək…

Bugünkü seçkilər nəticə vermədiyi halda, 16 noyabrda ikinci tur keçiriləcək.

Bu gün Rumuniyada prezident seçkiləri keçirilir. 

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, əsas namizədlər ölkənin indiki baş naziri, “Sosial-demokratiya” partiyasının üzvü Viktor Pont və “Milli-liberal” partiyasının üzvü Klaus Yoxannesdir.

Hal-hazırda ölkə prezidenti olan Trayan Besesku Viktor Ponta casus dediyi üçün onun öz namizədliyini irəli sürməyə olan hüququ əlindən alınıb. 

Qeyd edək ki, bugünkü seçkilər nəticə vermədiyi halda, 16 noyabrda ikinci tur keçiriləcək.

www.oxu.az