Rusiya Avropanın Xəzəryanı boru kəməri məsələlərinə qarışmasına qarşıdır

“Belə ideyaların əsas təkanvericiləri Avropa məmurlarıdır”…

“Belə ideyaların əsas təkanvericiləri Avropa məmurlarıdır”.

Bazar ertəsi oktyabrın 20-də xarici siyasət məsələlərinə dair mühazirə ilə çıxış edən Rusiya Federasiyası xarici işlər naziri Sergey Lavrov Xəzərdə boru kəmərinin çəkilməsi məsələsinə toxundu.

O, qeyd edib ki, bu məsələdə Xəzəryanı ölkələrə qərar qəbul etməyə kənardan təsir edirlər.

“Bu məsələdə Xəzəryanı ölkələrə qərar qəbul etməkdə təsir edirlər, belə ideyaların əsas təkanvericiləri Avropa məmurlarıdır”, – TASS Rusiya XİN-in sözlərindən sitat gətirir, Oxu.Az xəbər verir.

Lavrov qeyd edib ki, Xəzəryanı dövlətlər ekoloji təhlükəsizliyi təmin etmək üçün bu boru kəmərinin necə və hansı şərtlərdə tikiləcəyinə özləri qərar verməlidirlər. Nazirin fikrincə bunu qərarlaşdıraraq həyata keçirmək lazımdır.

Xatırladaq ki, sentyabr ayının sonunda Xəzərə çıxışı olan beş ölkənin Həştərxanda görüşü olub. O zaman beş Xəzəryanı dövlətin başçısı, Xəzərdə beştərəfli əməkdaşlıq prinsiplərinin əsasını qeyd etdikləri siyasi bəyanatın mətnini qərarlaşdırıblar.

www.oxu.az