Rusiya İrəvanda parad keçirir, Ermənistanın məsələdən xəbəri yoxdur

“O bilmir söhbət nədən gedir”…

“O bilmir söhbət nədən gedir”.

Ermənistanın müdafiə nazirliyi Rusiya tərəfinin mayın 9-da İrəvanda və Gümridə rus generallarının komandanlığı altında parad keçirməklə bağlı bəyanatından sonra uyğunsuz vəziyyətə düşüb.

Oxu.Az xəbər verir ki, bu barədə “Aykakan jamanak” qəzeti yazır.

“Bizim məlumatımıza görə, Rusiya Cənub hərbi dairəsinin mətbuat xidmətinin İrəvanda Böyük Vətən Müharibəsində Qələbənin 70-ci ildönümünə həsr olunmuş paradın keçirilməsi barədə məlumatı Ermənistan üçün tamamilə gözlənilməz olub.

Bu, müxbirimizin Müdafiə nazirliyinin mətbuat xidməti ilə söhbətində də öz təsdiqini tapıb. Mahiyyət etibarilə o, etiraf etdi: söhbətin nədən getdiyini bilmir.

Hələlik Rusiya tərəfinin öz hərəkətlərini Ermənistanın hər hansı dövlət orqanı ilə razılaşdırıb-razılaşdırmadığı barədə məlumat yoxdur”, – deyə, “Aykakan jamanak” bildirib.

www.oxu.az