Rusiya pilotsuzları Ermənistan səmasında

Cənub Hərbi Dairəsi məlumat yaydı….

Cənub Hərbi Dairəsi məlumat yaydı.

Rusiyanın Ermənistandakı hərbi bazasında pilotsuz uçan aparatların (PUA) bölmələrinin təlimləri başlayıb, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.

“Kompleks məşqlərində ixtisaslı təlimatçılar əvvəllər müasir “Navodçik-2” (“Tuşlayıcı-2” – red.) kompleksinin maddi hissəsini və onun təyyarədən buraxılması imkanlarını öyrənmiş 100-dən artıq hərbçini öyrədəcəklər”, – deyə, Cənub Hərbi Dairəsinin mətbuat xidməti bazar ertəsi məlumat yayıb.

Bir ay ərzində PUA heyətləri pilotsuzların uçuşa hazırlanması üzrə bacarıqlarını yoxlayacaqlar.

www.oxu.az