150-yə yaxın hərbçi cəlb olunub…
150-yə yaxın hərbçi cəlb olunub.
Rusiya hərbçiləri Ermənistanda müasir cəbhə qırıcıları dördüncü nəsil MiQ-2-nin istifadəsi üzrə təlimlərə başlayıblar.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Cənubi hərbi əyalətin mətbuat xidmətindən bildiriblər.
“Bu gün Ermənistan Respublikasında Cənubi hərbi əyalətin Rusiyanın Eribuni hərbi aviasiya bazasında müasir cəbhə qırıcıları dördüncü nəsil MiQ-2-nin istifadəsi üzrə taktiki uçuş təlimləri başlayıb. Aprel ayının 18-nə qədər davam edəcək təlimlərdə, 30-dan çox aviasiya və təkərli xüsusi texnika, 150-yə yaxın hərbçi iştirak edəcək”, – məlumatda deyilir.
“Təlimlərdə MiQ-29 təyyarəsi düşməni imitasiya edəcək, təyyarəçilər onunla axtarış, hərbi döyüş və onun aerodroma məcburi endirilmə tapşırığını yerinə yetirəcəklər. Cənubi hərbi əyalətin hərbi təyyarəçiləri eləcə də, Alagəz hündür dağlıq tədris-təlim kompleksində keçirilən ikitərəfli tağım taktiki təlimlərin gedişatında, aviasiya və motoatıcı bölmələrin qorunmasına dair tapşırıqları da yerinə yetirəcəklər”, – məlumatda deyilib.