Rusiya şirkəti Azərbaycana metro lokomotiv və vaqonlarını gətirəcək

Müqavilə bağlamaq planlaşdırılır…

Müqavilə bağlamaq planlaşdırılır.

“Sinara” qrupu ağır və motor-vaqon hərəkət qoşquları, eləcə də yüngül relsli (metro və tramvay vaqonları) nəqliyyatın gətirilməsini nəzərdə tutur.  

Oxu.Az Vesti.az-a istinadən xəbər verir ki, Azərbaycan dəmir yolu və Bakı metropoliteni ilə “Sinara” qrupunun əməkdaşlığı il bağlı bu təklifləri qrupun rəhbəri D.Pumpyankski 13 mart tarixində Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə səsləndirib.

“Biz Azərbaycan dəmir yollarında “Ural lokomotivləri” zavodunu istehsalı olan elketrovozların və “Lastoçka” sərnişin elektroqatarlarının gətirilməsi imkanları barədə müzakirələr aparmışıq. Bütün bu təkliflər anlayışla qarşılanıb. Düşünürəm ki, müqavilələr bağlanacaq və bu iş real nəticə verəcək”, – məlumatda D.Pumpyanskinin sözləri verilib.

“Lastoçka” qatarları “Ural lokomotivləri”ASC-nin (Siemens və “Sinara qrupu” QSC-nin müştərək müəssisəsi) bazasında istehsal edilir.

“Sinara” qrupu müxtəlif sahələrdən olan müəssisələri birləşdirən diversifikasiyalı şirkətdir. 2001-ci ildə yaradılıb. Prioritet biznes istiqaməti maşınqayırma, maliyyə xidmətləri, developmentdir. “Sinara qrupu” QSC-nin aksiyalarının 99,88%-i “Boru metallurgiya şirkətinin” (MOEX: TRMK) əsas sahibkarına – Dmitri Pumpyanskiyə məxsusdur.

/oxu.az/