Rusiyada aviaqəzada ermənilər öldülər

Aviaqəza dünən baş verib…

Aviaqəza dünən baş verib.

Ermənistan Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, Ermənistanın dörd vətəndaşı Moskva əyalətində hidroplan və helikopterin toqquşması nəticəsində həlak olublar. 

Oxu.Az bu barədə “Novosti-Armeniya” agentliyinə istinadla xəbər verir.

“Erməni xilasedicilər həlak olanların adlarını açıqlayıb – Erik (8 yaş) və Ofeliya (10 yaş) Qelçyanlar və Larisa (25 yaş) və Paruyr (26 yaş) Manukyanlar”, – agentliyin məlumatında deyilir. 

Qeyd edək ki, aviaqəza dünən baş verib. Şəxsi uçuş həyata keçirən hidroplan “Robinson 44” helikopteri ilə toqquşub. Nəticədə hər ikisi suya düşüb.

www.oxu.az