Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi: «Atəşkəs Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş üçün ən mühüm şərtdir»

 

«Atəşkəs Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş üçün ən mühüm şərtdir».

«Report» xəbər verir ki, Rusiyanın ATƏT-dəki Daimi Nümayəndəliyinin rəsmi «Twitter» səhifəsində yer alan bu fikirlər Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviçə məxsusdur.

«ATƏT-in Minsk qrupunun həmsədrlərinin tərəflərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı həll yollarını işləyib hazırlamasında kollketiv vasitəçi kimi səyləri təqdirə və şərtsiz dəstəyə layiqdir», — A.Lukaşeviç belə düşünür.

O, Azərbaycan və Ermənistan rəhbərlərinin bu il sentyabrın 28-də Düşənbədə MDB Dövlət Başçılarının Şurası çərçivəsində «intensiv əlaqələri»ni yüksək qiymətləndirib.

«Təmas xəttində və Azərbaycan və Ermənistan arasındakı sərhəddə nisbi sabitlik qorunur, atəşkəs rejiminin pozulmaları ilə bağlı halların sayı azalır», — Rusiyanın daimi nümayəndəsi qeyd edib.

O, tərəfləri təmas xəttində gərginliyin azaldılması üçün əlavə tədbirlər görməklə bağlı müsbət tendensiyanı davam etdirməyə çağırıb.