Rusiyanın Ukraynadakı azərbaycanlı fəxri konsuluna hücum olub

 Rusiyanın Ukraynanın Çerniqov vilayətindəki fəxri konsuluna hücum olub…

 Rusiyanın Ukraynanın Çerniqov vilayətindəki fəxri konsuluna hücum olub

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Çerniqov vilayəti üzrə nümayəndəliyindən APA-ya verilən məlumata görə, hücuma məruz qalan fəxri konsul, iş adamı, azərbaycanlı Vaqif Əhməd oğlu Əliyevdir.

Aprelin 12-də, saat 20:00 radələrində Çerniqov şəhərinin mərkəzində yerləşən Fəxri Konsulluğa hücum edən maskalı şəxslər qapı-pəncərələri daş-qalaq edib, şüşələri sındırıblar.

Hadisə zamanı V. Əliyev ofisdə olsa da, xəsarət almayıb, mühafizəçilər və yerli hüquq-mühafizə orqanlarının köməyi ilə hücum dəf edilib.

Hadisəni törədənlərin kimliyi ilə bağlı araşdırma aparılır, hadisə nəticəsində xəsarət alan olmayıb. 

Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə I katibi Asim Osmanov isə APA-ya bildirib ki, Ukrayna vətəndaşı, Çerniqov sakini olan iş adamı V. Əliyev 2008-ci ildən Rusiyanın fəxri konsuludur.

Milli.Az