Səhiyyə Nazirliyi İranda müalicəyə gedənlərin statistikası ilə razı deyil

“Şişirdilib…”…

“Şişirdilib…”
Təbriz tibb universitetinin rektoru Məmədhüseyn Somi, Azərbacyan Milli Məclisinin sosial siyasət üzrə Komitəsinin sədri Hadı Rəcəbli ilə görüşü zamanı İranda müalicə alan azərbaycanlıların sayını səsləndirib. Onun sözlərinə görə Azərbaycanın milyona yaxın vətəndaşı İranda müalicə alır.
Oxu.az Haqqın.az-a istinadən bildirir ki, Səhiyyə Nazirliyinin mətbuat katibi Anar Qadirli bu rəqəmləri şişirdilmiş adlandırıb.
“Bu rəqəmlər çox şişirdilib. Bəli Azərbaycandan çoxları müalicə üçün İrana gedir, amma bu sayda yox. Səhiyyə turizmi dünyada inkişaf edir. Məsələn, bir çox britaniyalılar Hindistana gedirlər, indi bu o deməkdir ki, Britaniyada tibb zəifdir. Son rəsmi məlumatlara görə azərbaycan tibb müaəssiələrinə milyon nəfərdən artıq vətəndaş müraciət edib. Əgər tibbimiz belə zəif olsaydı, vətəndaşlarımız bizə müraciət etməzdilər”, – deyə A.Qadirli bildirib.
Bu zaman Səhiyyə nazirinin nümayəndəsi ölkə vətəndaşlarını dövlət tibb müəssisələrinə müraciət etməyə çağırıb.
“Bizə, özəl müəssisələrdə bəzən müalicənin düzgün aparılmadığı barədə  məlumatlar gəlib çatır, qeyd etmək lazımdır ki, həmin müəssisələrdə müalicə böyük məbləğə başa gəlir. Bunun qarşısını almaq üçün vətəndaşları tibbi yardım üçün Azərbaycan dövlət tibb müəssisələrinə müraciət etməyə çağırırıq.
Əlavə ödəniş tələb edildikdə və ya digər neqativ hallar baş verdikdə  Səhiyyə Nazirliyinə və ya hüquq-mühafizə orqanlarına müraciət etməyi xahiş edirik. Postsovet məkanında Azərbaycan həkimləri ən yaxşı həkimlərdən hesab edilirlər, ona görə də bizim tibbimizin aşağı səviyyədə olması barədə söhbətlərin heç bir əsası yoxdur”, – A.Qadirli deyib.
www.oxu.az