Bu cür razılaşmalar OPEC səviyyəsində qəbul olunmalıdır…
Bu cür razılaşmalar OPEC səviyyəsində qəbul olunmalıdır.
Səudiyyə Ərəbistanı, Rusiya, Venesuela və Meksikanın energetika nazirləri Vyana keçirilmiş dördtərəfli görüşdə neft hasilatının həcminin azaldılmasına dair razılıq əldə olunmayıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Venesuela XİN rəhbəri Rafael Ramires bildirib.
Qeyd olunan ölkələrin nümayəndələri hesab edirlər ki, bu cür razılaşmalar OPEC səviyyəsində qəbul olunmalıdır.
“Hasilat həcminin azaldılması ilə bağlı hər hansı bir müqavilə bağlanmayıb, çünki bu cür razılaşmalar OPEK-in toplantılarında əldə olunur”, deyə Ramires görüşün nəticələrini şərh edərkən bildirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Rusiya, Venesuela və Meksikanın energetika nazirlərinin növbəti görüşü üç aydan sonra keçiriləcək.