Səfir: “Bakı-Tbilisi-Qars”ın həyata keçirilməsinə tam iradə var

“Spekulyativ xarakterli məlumatlar yayılır”…

“Spekulyativ xarakterli məlumatlar yayılır”.

Türkiyə, Azərbaycan və Gürcüstanda Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşdırılmasına tam iradə var. 

Oxu.Az-ın məlumatına əsasən bunu Türkiyənin Azərbaycandakı səfiriİsmayıl Alper Coşkun jurnalistlərə açıqlamasında deyib. 

“Layihəni həyata keçirməyə texniki gücümüz və sərmayəmiz var. Bu layihə reallaşdırılacaq,” – deyə səfir bildirib. 

Səfirin sözlərinə görə, “Bakı-Tbilisi-Qars” layihəsinin gecikdirilməsi ilə bağlı spekulyativ xarakterli məlumatlar yayılır.

“Rahatlıqla deyə bilərəm ki, kiçik gecikmələr olsa da, bu layihə həyata keçiriləcək,” – deyə o əlavə edib.  

İsmayıl Alper Coşkunun fikrincə, “Bakı-Tbilisi-Qars” layihəsi enerji layihələrindən daha uzunmüddətli və böyük nəticələr verəcək layihə olacaq.  

“Azərbaycan bu layihənin mərkəzindədir. Azərbaycan iqtisadiyyatının həm diversifikasiyası və həm də ölkənin regionda mərkəzə çevrilməsi baxımından bu layihə çox effektiv olacaq,” – səfir deyib.  

O, əlavə edib ki, Tükiyə ərazisində Bakı-Tbilisi-Qars layihəsi ilə bağlı işlər davam etdirilir.  

www.oxu.az