Səfirlikdən təkzib: Fələstində “erməni soyqırımı”na həsr olunmuş poçt markası buraxılmayıb

“Marka həqiqi deyil”…

“Marka həqiqi deyil”.

Fələstinin Bakıdakı səfirliyi “erməni soyqırımı”na həsr olunmuş Fələstin poçt markasının buraxılması barədə məlumatı təkzib edir.

Oxu.Az İnerfax Azərbaycana istinadən xəbər verir ki, bu barədə Fələstinin Bakıdakı səfirliyinin çərşənbə günü yaydığı məlumatda bildirilir.

“Marka həqiqi deyil və Fələstinin belə bir formada rəsmi poçt möhürü yoxdur”,- deyə bəyanatda bildirilir.

Səfirlik bütün obyektivliyi ilə ilk əvvəl bütün rəsmi Fələstin poçt markaları ilə maraqlananları Fələstin poçt qurumunun saytına daxil olmağa və qurumun buraxdığı poçt forma və nümunələrinin necə olduğunu öyrənməyə dəvət edir.

“Səfirlik açıq aydın, mübahisəsiz olan bir həqiqəti vurğulamaq istəyir ki, Fələstin Dövləti hökümət və xalq olaraq rəsmi Türkiyə Cumhuriyyəti və xalqı ilə çox güclü və xüsusi əlaqələrə malikdir və onun tərəfindən Türkiyə və Azərbaycanla əlaqələrinin pisləşməsinə gətirib çıxaran belə bir mövqenin sərgilənməsi mümkün deyil. Xüsusilə bu, Fələstinin siyasi mövqeyi ilə heç bir uyğunluq təşkil etmir”,- deyə bəyanatda vurğulanır.

“Öz işində məsuliyyətli olan mətbuat nümayəndələrindən belə məsələlərdə tələsməməyi, “facebook”dakı istənilən bir şəxsin  vasitəsilə bunu edə biləcəyinin mümkünlüyünü nəzərə alsaq, xəbər mənbəyi kim “facebook”a istinad etməməyi, məntiqə söykənmələrini, məlumat və xəbəri məsuliyyətli və rəsmi qurumlardan dəqiqləşdirməyi xahiş edirik. Bu kimi məsələlər pis məqsədli insanların dost və qardaşlar arasında fitnə-fəsad yaratmasına fürsət verməməli və onlar da doğru, etibarlı mənbədən məlumat yaymalıdırlar”,- deyə məlumatda qeyd edilir.

Qeyd edək ki, KİV-lərdə “erməni soyqırımı”na həsr olunmuş Fələstin poçt markasının çıxmasına dair xəbər yayılmışdı.

 

/Oxu.az/