Səhiyyə Nazirliyindən daha bir Ebola – MÜRACİƏTİ

“Həcc ziyarətindən dönənlərə müraciət olunur ki…”…

“Həcc ziyarətindən dönənlərə müraciət olunur ki…”.

Səhiyyə Nazirliyi Həcc ziyarətindən gələn zəvvarlara Ebola virusu ilə bağlı müraciət edib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, səhiyyə nazirinin müavini Elsevər Ağayevin dediyinə görə, Ebola virusu ilə bağlı Azərbaycan üçün elə də ciddi təhlükə yoxdur.

Nazir müavininin sözlərinə görə, ölkədə xəstəliyin aşkarlanması ilə bağlı heç bir məlumat daxil olmayıb:

“Sadəcə olaraq profilaktik tədbirlərin görülməsi üçün Həcc ziyarətindən dönənlərə müraciət olunur ki, bir daha müayinədən keçsinlər. Bundan əlavə, Azərbaycana gələn qonaqlar da müayinədən keçirilir ki, Azərbaycan bu problem ilə üzləşməsin”.

www.oxu.az