Səkkiz rayonda qaz olmayacaq

Təmir-quraşdırma işləri aparılır…

Təmir-quraşdırma işləri aparılır.

Bu gün Azərbaycanın səkkiz rayonuna qaz verilişində məhdudiyyət yaranacaq.

Oxu.Az xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, saat 16:00-dək Binəqədi, Sabunçu və Xəzər rayonlarının bir hissəsinə, saat 18:00-dək Quba rayonuna, saat 18:00-dək Gədəbəy rayonunun bir hissəsinə, saat 14:00-dək Tovuz rayonunun bir hissəsinə, saat 16:00-dək Qazax rayonunun bir hissəsinə, işlər başa çatanadək isə Nəsimi rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Fasilələr qaz nəqli sistemində və qaz şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədardır.

www.oxu.az