Saakaşvili: Gürcüstan hakimiyyəti Azərbaycana blokada elan edir

“Daima digər qonşulara qarşı təbliğat gedir”…

“Daima digər qonşulara qarşı təbliğat gedir”.

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili iddia edir ki, ölkəni hakimiyyəti şantaj yolu ilə Gürcüstanın kemiş baş naziri Niki Qilaurinin Ukraynanın biznes-ombudsmanı təyinatını ləğv ediblər.

Oxu.Az xəbər verir ki, Saakaşvili bu barədə bu gün “Rustavi 2” teleşirkətinin efirində bəyan edib.

“Nika Qilauri Ukraynanın biznes ombudsmanı təyin olunurdu. Bu Avropa Bankının layihəsi idi və Gürcüstan hakimiyyəti nota göndərərək, əgər Qilauri Ukraynanın əsas vəzifələrindən birinə təyin edilsə, Gürcüstan hakimiyyəti Avropa bankı ilə əməkdaşlığa son qoyacağını bəyan edib.

Onlar bizi Ukrayna, Azərbaycan ilə ayırırlar, çünki Abxaziyadan keçəmn dəmir yolu, regionda əsas müttəfiq olan Azərbaycana bolkada elan etməkdən başqa bir şey deyil.

Problemlər yaradılır, digər qonşulara qarşı daimi təbliğat gedir və yalnız bizi ayırmağa və məhv etməyə çalışan haqqında heç bir fikir söylənilmir”, – sabiq prezident bəyane dib.

www.oxu.az