Söz Azadlığını Müdafiə Fondu “Daha gözəl Azərbaycan naminə: Azərbaycançılıq və Heydər Əliyev irsi ” mövzusunda məktəblilər arasında tədbirlərin təşkili layihəsi çərçivəsində Azərbaycançılıq və Heydər Əliyev irsi mövzusunda növbəti seminar-məşğələ təşkil etmişdir.
Daha öncə qeyd etdiyimiz kimi, Söz Azadlığını Müdafiə Fondu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Daha gözəl Azərbaycan naminə: Azərbaycançılıq və Heydər Əliyev irsi ” mövzusunda məktəblilər arasında tədbirlərin təşkili layihəsinin icrasına başlamışdır. Qeyd olunan layihə çərçivəsində 12.12.2016-cı il tarixində Lənkəran şəhər 2 saylı tam orta məktəbində 6-9-cu sinif sagirdləri arasında Azərbaycançılıq və Heydər Əliyev irsi mövzusunda seminar-məşğələ təşkil olunmuşdur.