Sarkisyan əmindir: Müharibə olmayacaq

“Vəssalam, flaşmob olmayacaq!”…

“Vəssalam, flaşmob olmayacaq!”.

Ermənistan prezidenti Serj Sarkisyan qondarma Dağlıq Qarabağ separat rejiminin lideri Bako Saakyanla bərabər beynəlxalq hüquq normalarının pozularaq işğal edilmiş Azərbaycan ərazisində keçirilən Ermənistan SQ-nin hərbi təlimlərində iştirak edib.

Oxu.Az xəbər verir ki, əsgərlər qarşısında çıxış edən Sarkisyan bəyan edib ki, cari təlimlər, “mürəkkəb vəziyyətə düşən və heç bir təhlükə ifadə etməyən” helikopter ilə baş verən “faciəvi hadisənin” baş verməsinə baxmayaraq “ən faydalı”dır.  

Ermənistan prezidentinin fikrincə, Ermənistan və separatçılar ilə döyüşmək “sadə iş deyil və bəzi sadəlövh insanlara göründüyü kimi heç də flaşmob deyil”.

“Onlar (azərbaycanlılar) düşünürlər ki, Qarabağ və Ermənistana qarşı döyüşmək çox qısa və xoş məşğuliyyətdir, flaşmob kimi: yığışdılar, nə isə etdilər, şəkil çəkdirib dağılışdılar. Vəssalam, flaşmob olmayacaq! Həzz almaq və gəzinti olmayacaq!”, – emosiyaları aşıb-daşan Sarkisyan deyib, amma elə həmin an çıxışının tonallığını dəyişib.

“Mən əminəm, müharibə olmayacaq”, – o, erməni xalqını sakitləşdirərək qeyd edib.

www.oxu.az