“Ümid varam ki, münasibətlər normallaşmağa doğru gedəcək”…
“Ümid varam ki, münasibətlər normallaşmağa doğru gedəcək”.
Türklər və ermənilərin bu bölgədə qonşu olmaqlarını biz seçməmişik. Sənədləri türklər təsdiqləsəydi hər şey fərqli olardı”.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan CNN Türk-ə açıqlamasında bildirib, O, qeyd edib ki, Türkiyə-Ermənistan əlaqələrini özündə əks etdirən protokolların Ermənistan parlamentindən geri çağırılması Türkiyəyə verilən siyasi mesaj idi:
“Biz imzalamadıq, Türkiyə təsdiqləsə, biz də təsdiqləyəcəyik”,- açıqlamasında bildirib.
Sarkisyan Türkiyənin baş naziri Əhməd Davudoğlunun 1915-ci il hadisələrinə görə ermənilərə başsağlığı verməsi məsələsinə toxunub:
“Beynəlxalq arena üçün verilən bir açıqlama idi. Ümid varam ki, prezident Ərdoğan 24 apreldə daha güclü bir açıqlama verər, münasibətlər normallaşmağa doğru gedər”.