Sergey Lavrov: “Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım etməyə davam edəcək” (ƏLAVƏ OLUNUB)

Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım etməyə davam edəcək…

Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım etməyə davam edəcək. Trend-in məlumatına əsasən, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə keçirdiyi danışıqların yekunu üzrə təşkil edilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlara yardım etmək Rusiyanın xarici siyasətinin prioritet məsələlərindən biridir: “Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım etməyə davam edəcək. Moskva həm ikitərəfli kanallar, həm də Rusiyanın həmsədr olduğu ATƏT-in Minsk Qrupu vasitəsilə münaqişə üzrə qarşılıqlı məqbul razılaşmaların axtarışına köməyi fəal davam etdirəcək “.

 

/Trend/