Sergey Lavrov və Cavad Zərif Tehranın nüvə proqramını və “Cenevrə 2 “-ni müzakirə edəcəklər

Rusiyanın və İranın xarici işlər nazirləri Sergey Lavrov və Məhəmməd Cavad Zərif Moskvada Tehranın nüvə proqramı və Suriya üzrə konfransa hazırlığı müzakirə edəcəklər. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir…

Rusiyanın və İranın xarici işlər nazirləri Sergey Lavrov və Məhəmməd Cavad Zərif Moskvada Tehranın nüvə proqramı və Suriya üzrə konfransa hazırlığı müzakirə edəcəklər. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir. Rusiya XİN-in İnformasiya və mətbuat departamentinin açıqlamasında deyilir: “2013-cü il noyabrın 24-də Cenevrədə qəbul edilmiş İran və “altılığ “ın birgə fəaliyyət planı mürəkkəb beynəlxalq siyasi problemlərdən biri olan Tehranın nüvə proqramı ilə bağlı vəziyyətin nizamlanması üzrə nəticənin əldə olunmasına yaxınlaşmağa imkan verib. Razılaşma hərtərəfli həllə nail olmaq məqsədilə aparılan danışıqlar prosesi üçün möhkəm təməl yaradır. Rusiya həmişə olduğu kimi, bu prosesin müsbət inkişafını təmin etmək və danışıqlar masası arxasında məsələnin yekun nizamlanmasına nail omaq üçün ondan asılı olan hər şeyi etməyə hazırdır “.

 

RF XİN qeyd edir ki, Moskva və Tehranın Suriya üzrə mövqeləri bir çox hallarda üst-üstə düşür.

 

Qeyd edək ki, Suriya problemi üzrə “Cenevrə-2 ” konfransı yanvarın 22-də İsveçrənin Montrö şəhərində keçiriləcək. /Trend/