Sergey Şoyqu Bakıya gəlir

Zakir Həsənov Rusiya Federasiyasının müdafiə naziri ilə görüşəcək…

Zakir Həsənov Rusiya Federasiyasının müdafiə naziri ilə görüşəcək.

Rusiya Federasiyasının müdafiə naziri Azərbaycana rəsmi səfərə gələcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, oktyabrın 13-də Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqu Azərbaycan Respublikasına rəsmi səfərə gələcək. 

Səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü və iki ölkənin Müdafiə Nazirliyi arasında 2015-ci il üçün Əməkdaşlıq Planının imzalanması planlaşdırılır.

www.oxu.az