“Erməni kartından daha çox istifadə edirlər”…
“Erməni kartından daha çox istifadə edirlər”.
Azərbaycan və Türkiyəni ayırmaq istəyən güclü qüvvələr var.
Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Türkiyənin Əziz Mahmud Hüdayi Vəqfinin fəxri başqanı Osman Nuri Topbaşın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib.
O deyib ki, bu qüvvələr xaricdən təzyiqləri artırıblar və erməni kartından daha çox istifadə edirlər:
“Qondarma bir “soyqırım”ı bayraq edib, Türkiyəyə qarşı istifadə edirlər. Azərbaycana qarşı törədilənləri isə bundan ayırıb, Türkiyəni ermənilərlə ayrıca üz-üzə qoymaq istəyirlər. Türkiyəni bizə görə ittiham etmək istəyirlər. Halbuki biz qardaş xalqıq, kədərimiz və sevincimiz ortaqdır”.