Şeyx Kəlbəcər girovlarını geri qaytarmağa çalışacaq

“Dövlət öz vətəndaşını qorumalıdır və əlbəttə ki, qoruyacaq”…

“Dövlət öz vətəndaşını qorumalıdır və əlbəttə ki, qoruyacaq”.

Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Allahşükür PaşazadəKəlbəcərdə ermənilər tərəfindən girov götürülmüş azərbaycanlılarla bağlı məsələyə münasibət bildirib. 

Oxu.Az xəbər verir ki, Lent.az-ın məlumatına görə, Şeyx bildirib ki, məsələyə ən düzgün qiyməti hüquq-mühafizə orqanları verə bilər:

“Mənim işim, kimdənsə xahiş etmək və ya kiminsə xahişini qəbul etmək ola bilər. 

Rusiyanın patriarxı Kiril ilə görüşümüz olub və girovların qaytarılmasını onunla da müzakirə etmişik. Ola bilsin ki, Ermənistanın dini lideri İkinci Qaragenlə görüşümüz təşkil olunsun və orada müzakirə olunacaq birinci məsələ girovlularla bağlı olacaq.

İmkan daxilində biz də əlimizdən gələni edəcəyik. Hüquqi baxımdan isə dövlət öz vətəndaşını qorumalıdır və əlbəttə ki, qoruyacaq. Biz də bu məsələdə dövlətin yanındayıq. 

Dövlət nəyi məsləhət bilsə, imkan daxilində kömək edəcəyik”. 

www.oxu.az