Şirkət məlumat yaydı…
Şirkət məlumat yaydı.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 2015-ci ilin iyul ayında dövlət büdcəsinə 145 milyon 525 min manat vəsait ödənilib.
Oxu.Az-a bu barədə SOCAR-dan məlumat verilib.
Məlumata əsasən, ümumiyyətlə, 2015-ci ilin yanvar-iyul aylarında büdcəyə 874 milyon 255 min manat vəsait ödənilib.
Bundan əlavə, cari ilin iyul ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 173 min manat vəsait köçürüb. 2015-ci ilin yanvar-iyul aylarında isə Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 80 milyon 957 min manat təşkil edib.