SOCAR gürcülər üçün benzinin qiymətini aşağı saldı

Dünya bazarında neft ucuzlaşıb…

Dünya bazarında neft ucuzlaşıb.

SOCAR Georgia Petrolium Gürcüstandakı yanacaqdoldurma məntəqələrində benzinin qiymətini yenidən azaldıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, qonşu ölkədə benzin 2-3 tetri, yəni 0,9 – 1,3 qəpik ucuzlaşıb.

SOCAR Georgia Petrolium-dan bunu dünya bazarında neftin ucuzlaşması ilə izah ediblər.

Bununla da, SOCAR-ın Gürcüstandakı yanacaqdoldurma məntəqələrində benzinin qiyməti indiyədək ən aşağı həddə düşüb.

Qeyd edək ki, hazırda bu ölkədə SOCAR-ın yanacaqdoldurma məntəqələrində benzinin qiyməti 2 laridən – 2,15 lari, yəni 86,3 – 92,8 qəpik aralığında satılır.

Xatırladaq ki, bu son 3 ayda SOCAR üçüncü dəfədir ki, benzinin qiymətini aşağı salıb.

www.oxu.az