SOFAZ-ın “Şahdəniz”dən olan gəlirləri iki milyardı ötdü

Yatağın qaz ehtiyatları 1,2 trilyon kubmetrdir…

Yatağın qaz ehtiyatları 1,2 trilyon kubmetrdir.

2014-cü ilin oktyabr ayının 1-nə olan məlumata görə, 2007-ci ildən Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) Xəzərin Azərbaycan sektorunda “Şahdəniz” yatağından qazkondensantların işlənməsi layihəsinin realizə edilməsindən əldə edilən gəliri 2 006 milyon dollardan ibarət olub.

Oxu.Az Day.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Neft Fondunda bildiriblər.

Fondda deyildiyi kimi, 2014-cü ilin yanvar ayının 1-dən oktyabr ayının 1-nə kimi “Şahdəniz” layihəsi çərçivəsində Dövlət Neft Fonduna 409 milyon dollar daxil olub.

“Şahdəniz” yatağının qaz ehtiyatları 1,2 trilyon kubmetr kimi dəyərləndirilir. Bu yatağın işlənməsinə dair müqavilə 1996-cı ildə imzalanıb (Trend).

www.oxu.az