Sazişin dəyəri 2 milyard dollardan artıqdır…
Sazişin dəyəri 2 milyard dollardan artıqdır.
Norveçin Statoil şirkəti Azərbaycan “Şahdəniz” yatağının mənimsənilməsinə dair 15,5 faizlik payını satıb.
Oxu.Az 1prime.ru-ya istinadən xəbər verir ki, bu barədə norveç şirkətinin məlumatında deyilir.
Sazişin dəyəri 2,25 milyard dollardan ibarət olub.
Sazişin bağlanması 2015-ci ilin əvvəlində nəzərdə tutulub.
“Şahdəniz” istehsalında Statoil-in payı 2014-cü ilin ikinci kvartalının sonuna olan nəticələrə görə sutkada 38 min barel neft ekvivalentindən ibarətdir.
Bundan başqa norveç konserni Petronas-a Azerbaijan Gas Supply Company (AGSC) şirkətinin 12,4% aksiyasını satıb.
Bununla yanaşı Statoil vurğulayır ki, “şirkət, portfoliomuzda önəmli yeri olan Azərbaycanda fəaliyyətini davam etdirmək niyyətindədir”.
Statoil-in vitse-prezidenti Lars Kristianın bəyanatında qeyd edilib ki, Azərbaycan aktivlərini satmaq qərarı “porfelin optimallaşdırılması və şirkətin maliyyə uyğunluğunun yüksəldilməsi”ilə izah edilir, bu isə rəhbərliyin başqa məsələlər üzərində diqqətini cəmləməyə imkan verəcək.