Surqut hava limanına həmyerlimiz Fərman Salmanovun adı veriləcək

Rusiyanın Surqut şəhərinin hava limanı görkəmli Azərbaycan neftçisi Fərman Salmanovun adını daşıyacaq.

Trend-in məlumatına görə, bu, “Rusiyanın dahi adları” layihəsi çərçivəsində ölkənin 47 aeroportuna görkəmli şəxslərin adlarının verilməsinə dair ümumxalq səsverməsinin nəticələrinə əsasən məlum olub. Səsvermənin nəticələri «Rossiya 1» telekanalında elan olunub.

Həmçinin qeyd olunur ki, Moskvanın Şeremetyevo aeroportuna Aleksandr Puşkinin, Domodedovo aeroportuna isə Mixail Lomonosovun adı veriləcək.