Təhsil Nazirliyi: “Məktəb qəhrəmanları ilə tanınır”- Mübariz İbrahimov

Məqsəd Milli Qəhrəmanlarımızı daima yaddaşlarda yaşatmaqdan ibarətdir…

Məqsəd Milli Qəhrəmanlarımızı daima yaddaşlarda yaşatmaqdan ibarətdir.

Təhsil Nazirliyi “Məktəb qəhrəmanları ilə tanınır” adlı yeni layihəyə başlayıb. 

Oxu.Az nazirliyə istinadən xəbər verir ki, layihənin məqsədi müasir təhsili milli-mənəvi dəyərlərimiz fonunda inkişaf etdirmək, şagirdlərə vətənpərvərlik ruhu aşılamaq, qəhrəmanlıq ənənələrini formalaşdırmaq və Milli Qəhrəmanlarımızı daima yaddaşlarda yaşatmaqdan ibarətdir.

“Məktəb qəhrəmanları ilə tanınır” layihəsində ilk olaraq Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan Biləsuvar lisey-məktəb kompleksi barəsində danışılır.

www.oxu.az