Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə hərbi ittifaqı müzakirə edildi

Əsas mövzulardan biri regional təhlükəsizlik oldu…

Əsas mövzulardan biri regional təhlükəsizlik oldu.

Türkiyə və Gürcüstan arasında ikitərəfli əməkdaşlığa dair məsələlər Tbilisidə Gürcüstanın müdafiə naziri İrakli Alasaniya və Türkiyənin SQ baş qərargahının rəisi ordu genearlı Nejdet Özel arasında görüş zamanı müzakirə edilib.

Oxu.Az Gruziya-online- istinadən xəbər verir ki, dördüncü gün Gürcüstan Müdafiə nazirliyi bildirib ki, əsas mövzulardan biri regional təhlükəsizlik olub.

Türkiyə tərəfi Gürcüstana NATO-nun əsas paketinin realizəsində yardım etməyə hazır olduğunu ifadə edib.

Gürcüstanın müdafiə naziri türk tərəfini silahlı qüvvələrin inkişafına göstərdikləri dəstək və səylər üçün təşəkkür edib.

Alasaniya qeyd edib ki, türk-azəraycan-gürcü hərbi əməkdaşlığının labüdlüyünü vurğulayıb. Onun sözlərinə görə bu istiqamətdə müştərək təlimləri intensivləşdirmək lazımdır.

“Biz, ikitərəfli, eləcə də Azərbaycan-Gürcüstan-Türkiyə formatında üçtərəfli əməkdaşlığı müzakirə etdik. Bu birgə təlimlərə, böhran vəziyyətlərində bərabər müdafiə tədbirlərinə və üç ölkəni birləşdirən infrastrukturun inkişafına aiddir”, – Alasaniya qeyd edib.

www.oxu.az