Tbilisidə qaradərilini Ebolaya görə avtobusdan atdılar

“Biz Afrikadan gələn bütün xariciləri izləyirik”…

“Biz Afrikadan gələn bütün xariciləri izləyirik”.

Tbilisidə bələdiyyə avtobusunun sərnişinləri qaradərili xarici vətəndaşı salondan atıblar.

Oxu.Az Day.Az-a istinadən xəbər verir ki, insidentin şahidi Lela Kodolaşvilinin sosial şəbəkə səhifəsində yazdığına görə, bu davranışın səbəbi Ebola virusunun yayılması ilə əlaqədar panikadır.

Onun sözlərinə görə, sərnişin fransız olduğu barədə qışqıraraq bildirsə də bunun ona faydası olmayıb.

Daha öncə Gürcüstanın əmək, səhiyyə və sosial müdafiə naziri David Sergeyenko bəyan edib ki, Ebola virusunun Gürcüstanda yayılma ehtimalı yoxdur.  

“Heç bir fakt qeydə alınmayıb, biz Afrikadan gələn bütün xariciləri izləyirik, heç bir təhlükə yoxdur”, – o qeyd edib.

Hal-hazırda gürcü həkimlərin nəzarəti altında Afrikadan gəlmiş bir neçə nəfər var. Onları nəzarət altından 21 gün, xəstəliyin inkubasion dövrü bitdikdən sonra çıxaracaqlar.

www.oxu.az