Ukrayna prezidenti səlahiyyətlərini icra edən Ali Radanın sədri Aleksandr Turçinov hərbi texnikaları separatçılara verənlərə qarşı sərt cəza tədbiri görüləcəyini bildirib…
Ukrayna prezidenti səlahiyyətlərini icra edən Ali Radanın sədri Aleksandr Turçinov hərbi texnikaları separatçılara verənlərə qarşı sərt cəza tədbiri görüləcəyini bildirib. Modern.azUNİAN agentliyinə istinadən xəbər verir ki, A. Turçinov hərbi texnikaları rus fəallara verən Ukrayna hərbiçilərini qorxaq adlandırıb. Onun sözlərinə görə silahları rus tərəfdarı olan separatçılara vermək əsl qorxaqlıqdır.
Qeyd edək ki, ötən gün ölkənin federallaşmasını tələb edən etirazçılar Kramatorsk bölgəsində Ukrayna ordusuna məxsus altı “BTR” ələ keçirib.
/Modern.az/