Türkiyə Azərbaycan qazı üçün ödəmə prinsiplərini dəyişəcək

“Al və ya ödə” ödəmə sxemi 2015-ci ildən dəyişdiriləcək.

Türkiyə Azərbaycan və İrandan qaz çatdırılması prosesində “al və ya ödə” prinsipindən imtina etmək fikrindədir…

Türkiyə Azərbaycan və İrandan qaz çatdırılması prosesində “al və ya ödə” prinsipindən imtina etmək fikrindədir. 

Oxu.Az Day.az-a istinadən bildirir ki, bu barədə 21 aprel tarixində jurnalistlərlə görüş zamanı Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız deyib, TRT Haber telekanalı xəbər verib.

“Biz Rusiya ilə olduğu kimi Azərbaycan və İrana qarşı “al və ödə” prinsipli müqavilələrdən imtina etməliyik”- deyə o qeyd edib.

Onun sözlərinə görə, Türkiyə 2014-cü ildə İranla olan müqavilələrdə, 2015-ci ildə isə Azərbaycanla olan müqavilələrdə“al və ödə” prinsipindən imtina edəcək.

“Buna görə də Azərbaycan və İran Türkiyəyə qazı lazımi dərəcədə çatdırmalıdır, həcm lazımi qədər olmadıqda isə onlar bu mexanizmə qatılmayacaqlar”, – Yıldız qeyd edib.

Türkiyə dövlət boru kəmər şirkəti “Botas”ın saytında yerləşdirilən məlumatda deyildiyi kimi, “Şahdəniz” qaz-kondensat yatağının birinci emal mərhələsi çərçivəsində Azərbaycan qazının çatdırılması üzrə müqavilə may ayının 12-də 2001-ci ildə 15 il müddətinə imzalanıb. Müqavilə il ərzində 6,6 milyard kubmetr qazın çatdırılmasını nəzərdə tutur.

Eləcə də Azərbaycan və Türkiyə ikinci müqaviləyə malikdirlər, bu müqavilə “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində il ərzində 6 kubmetr qazın çatdırılması nəzərdə tutulur. Müqavilə 33 il müddətinə 2011-ci ilin oktyabr ayının 25-də  imzalanıb və çatdırılmanı 2017-2018-ci illərdə başlamağı nəzərdə tutub.

Türkiyə və İran il ərzində 10 milyard kubmetr qazın çatdırılması barədə müqaviləni 8 avqust 1996-cı ildə imzalayıb. Müqavilə müddəti 25 ildir. (Trend).

www.oxu.az