F-16 döyüş təyyarəsi Suriya ilə dövlət sərhədi boyunca uçuşlar edib…
F-16 döyüş təyyarəsi Suriya ilə dövlət sərhədi boyunca uçuşlar edib.
Kobani şəhərində davam edən döyüşlərin Suriya-Türkiyə sərhədinə yaxınlaşması səbəbindən qardaş ölkənin Silahlı Qüvvələrinə məxsus döyüş təyyarələri səmaya qaldırılıb.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, Diyarbəkirdən havaya qalxan dörd ədəd F-16 döyüş təyyarəsi Suriya ilə dövlət sərhədi boyunca uçuşlar edib.
Başqa bir məlumatda isə bildirilir ki, oktyabrın 10-da Suriya ərazisindən Türkiyə sərhədçilərinə atəş açılıb.
Qarşı tərəf cavab atəşi ilə susdurulub.