Türkiyə rusiyalı turistlər üçün giriş qaydalarını sərtləşdirdi

Bu dəyişikliklər may bayramları zamanı Türkiyədə dincəlmək istəyən rusiyalıların planlarını təhlükə altında qoyur…

Bu dəyişikliklər may bayramları zamanı Türkiyədə dincəlmək istəyən rusiyalıların planlarını təhlükə altında qoyur.

Türkiyə hökuməti Rusiya turistlərinin ölkəyə girişini sərtləşdirdi. Türkiyənin Moskvadakı səfirliyinin saytında verilən məlumata görə, bundan sonra vizasız rejim çərçivəsində Türkiyə sərhədini keçən turistlərin xarici pasportlarının etibarlılıq müddətinin sonuna ən azı 4 ay vaxt olmalıdır. Əvvəllər üç ay da kifayət edirdi.

Oxu.Az Rbc.ru-ya istinadən bildirir ki, qaydaların ani şəkildə dəyişməsi yaxınlaşan may bayramları zamanı Türkiyədə dincəlmək üçün bilet alan rusiyalıların planlarını təhlükə altına salır. 

“Rusiyalıların may bayramlarında Türkiyəyə artıq ödənilmiş səfərlərini, pasportlarının etibarlılıq müddətinin yeni tələblərə uyğun olmadığı üçün ləğv etmək məcburiyyətində qaldıqları bir vəziyyət yaranıb. Xarici pasportlara qoyulan yeni tələblər haqqında əvvəldən elan edilmədiyi üçün, bu tələblərin 12 may tarixi də daxil olmaqla yaxın vaxt üçün dayandırılmasına vasitəçilik edəsiz.

Bu rusiyalı turistlərə Türkiyənin istirahət mərkəzlərinə səfərlərini ləğv etmək məcburiyyətində qoymaz, qayıtdıqdan sonra isə sənədlərinin tərtibi ilə məşğul olarlar”, – Rusiya Turindustriya İttifaqının (RTİ) Türkiyə xarici işlər nazirinə, Türkiyənin mədəniyyət və turizm nazirinə və Türkiyənin RF-dəki səfirinə ünvanladıqları müraciətdə deyilir. 

RTİ xatırladır ki, Türkiyə kurortları rusiyalıların may bayramları zamanı seçdikləri ən populyar istirahət məkanıdır. Bununla yanaşı erkən bron üzrə aksiyalar 2013-cü ilin sentyabr ayında başlanılıb, satış göstəriciləri isə keçən ilki göstəricini 25% keçib.

Türkiyə istirahət üçün sərhəddən kənarı seçən rusiyalıların ən çox axın etdiyi ölkədir. RTİ-nin göstəricilərinə görə 2012-ci ildə Türkiyədə 2,516 milyon rusiyalı turist olub. 2013-cü ildə Misirdə başlanan iğtişaşlarla əlaqədar Türkiyəyə tur axını kəskin şəkildə artdı, keçən ilin yalnız yanvar-sentyabr ayları ərzində bu ölkədə 2,767 milyon rusiyalı dincəlib.

www.oxu.az