Türkiyədə bu il keçirilməsi planlaşdırılan president seçkisinin vaxtı məlum oldu…
Türkiyədə bu il keçirilməsi planlaşdırılan president seçkisinin vaxtı məlum oldu
Anspress-in məlumatına görə, bu barədə Türkiyənin Ali Seçki Şurası (YSK) məlumat yayıb.
YSK-dan verilən rəsmi açıqlamaya görə, Türkiyədə prezident seçkisinin ilk turu 2014-cü il avqustun 10-da keçiriləcək.
Seçkinin ikinci turu isə avqustun 24-də baş tutacaq.
Xarici ölkələrdə yaşayan türklər isə yaşadıqları ölkədəki Türkiyə səfirliklərində iyulun 31-I ilə avqustun 3-ü arasında səs verəcək.
Qeyd edək ki, bu il ilk dəfə Türkiyədə prezident seçkisi ümumxalq səsverməsi ilə keçiriləcək.
Milli.Az