Türkiyənin müdafiə naziri Qarabağda vurulan helikopterdən danışdı

İsmət Yılmız parlamentdə çıxış edib…

İsmət Yılmız parlamentdə çıxış edib.

Erməni tərəfi cavab addımı barədə danışır.

Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri İsmət Yılmaz Qarabağda erməni helikopterinin vurulması xəbərini şərh edərkən bildirib.

Habertürk-ün məlumatına görə, büdcə müzakirələri üçün Türkiyə Böyük Millət Məclisinə gəlmiş müdafiə naziri təhlükəsizlik barədə danışıb və Yaxın Şərqdəki təhlükəli vəziyyətə, Azərbaycan ordusunun erməni helikopterini vurması məsələsinə toxunub:

“Azərbaycan erməni helikopterini vurub. Ermənistanın vəzifəli şəxsləri buna cavab verəcəklərini bildiriblər. İnanın, sabah regionda nə olacağını qabaqcadan söyləmək mümkün deyil”, – deyə, qeyd edən İsmət Yılmaz Qarabağ nizamlaması ilə məşğul olan ölkələrin bu məsələyə diqqət ayırmalı olduqlarını vurğulayıb.

www.oxu.az