Türkiyə Azərbaycana ixracı azaltdı

Son rəqəmlər….

Son rəqəmlər.

2015-ci ilin may ayında  Türkiyədən  Azərbaycana 180 538 min dollar dəyərində məhsul ixrac olunub. Bu da 2014-cü ilin analoji dövrü ilə müayisədə 69,989 min dollar və ya 28% azdır. 

Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Statistika Qurumu məlumat yayıb. 

Qeyd edək ki, ən çox məhsul ixrac edilən ölkələr arasında Azərbaycan 20 ölkə arasında 18-ci yerdə qərarlaşıb. Ümumilikdə 2015-ci ilin ilk beş ayı ərzində bu ölkədən 904, 861 min dollar dəyərində məhsul ixrac olunub ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 193, 494 min dollar və ya 17 % azdır. 

Məlumat üçün deyək ki, Azərbaycan Türkiyənin ən çox məhsul idxal etdiyi ölkələr arasında 20-liyə düşə bilməyib. 

Ən çox məhsul ixrac edilən ölkələr sırasında isə ilk üçlüyü Almaniya, İngiltərə, İraq tutub. 

Onu da əlavə edək ki, mayda Türkiyənin Avropa Birliyi ölkələrinə ixracatı 21,3 % azalaraq 4,72 milyard dollar olub. 

 

/Oxu.az/