Türkiyə Azərbaycanla ticarət dövriyyəsinin həcmini 15 milyard dollara çatdıracaq

“Başladılan hər proyektin nəticəsi olacaq”…

“Başladılan hər proyektin nəticəsi olacaq”.

Azərbaycan və Türkiyə arasındakı ticarətin həcmini 15 milyard dollara yüksəltməyi düşünürük.

Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bunu Türkiyənin Baş naziriƏhməd Davudoğlu bəyan edib, “Anadolu” agentliyi yazır.

“Azərbaycanın regional və beynəlxalq aləmdəki təşəbbüslərinin hamısını dəstəkləməyə davam edəcəyik. Başladılan hər proyektin nəticəsi olacaq, tamamlanan hər layihə yeni böyük miqyaslı işlərin önünü açacaq. Hədəfimiz iki ölkə arasındakı 5 milyard dollarlıq ticarət həcmini 2023-cü ildə 15 milyard dollara yüksəltməkdir”.

www.oxu.az