Türkiyə Ermənistanla münasibətlərin bərpasından imtina etməyəcək

“Nə bu il, nə də sonra”…

“Nə bu il, nə də sonra”.

Ankara İrəvanla münasibətlərin bərpasına yönəlmiş kursdan imtina etmək niyyətində deyil, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çərşənbə axşamı bildirib.

“Biz bu məsələdən (Ermənistanla münasibətlərin normallaşmasından – red.) imtina edə bilmərik. Nə bu il, nə də sonra”, – deyə, Çavuşoğlu Vaşinqtonda Karneqi Mərkəzində çıxışı zamanı bildirib, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.

Nazir Türkiyənin prezidenti və baş nazirinin 1915-ci ildə Osmanlı imperiyasında ermənilərin ölümü ilə bağlı başsağlığı sözlərinin “Ermənistan rəhbərliyində reaksiya doğurmamasından” təəssüfləndiyini bildirib.

“Biz əsrlərlə sülh və razılıq şəraitində yaşamış iki qədim xalq arasında bölünməni aradan qaldırmaq üzərində işləyirik. Bu kursu həm tarixi aspektlərin (1915-ci il hadisələri), həm də Qarabağ probleminin nizamlanması çərçivəsində davam etdirəcəyik”, – dey, Çavuşoğlu qeyd edib.

www.oxu.az