Türkiyə Xüsusi Təyinatlı Qüvvələrinin komandanı Azərbaycana gəlib

Aksakallı Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edib…

Aksakallı Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edib.

Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin komandanı, general-leytenant Zəkai Aksakallının başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, Z.Aksakallının başçılıq etdiyi nümayəndə heyəti bu gün Fəxri Xiyabanda Heydər Əliyevin məzarı, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edib.

Səfər noyabrın 8-də başa çatacaq.

Qeyd edək ki, bu, Türkiyə Xüsusi Təyinatlı Qüvvələri komandanlığından Azərbaycana komandan qismində ilk səfərdir.

www.oxu.az