Türkiyədə bir günlük matəm elan edildi

Baş nazir Əhməd Davudoğlu açıqlama verib…

Baş nazir Əhməd Davudoğlu açıqlama verib.

Türkiyədə bir günlük matəm elan edilib.

Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, bu barədə Türkiyə baş naziri Əhməd Davudoğlu açıqlama verib.

Baş nazir bildirib ki, Pakistanda Peşəvərdə bir məktəbə “Taliban” tərəfindən həyata keçirilən terror aktında 148 şagird ilə müəllimin öldürülməsi səbəbindən sabah Türkiyədə 1 günlük “milli matəm” elan ediləcək.

Qeyd edək ki, bu gün Pakistanın Peşavar şəhəridə “Taliban” silahlılarının “Tahrik-i Taliban Pakistan” adlı qolu hərbi məktəbə hücum ediblər. İddialara görə, üzərində bomba olan 3 Taliban döyüşcüsü məktəbə daxil olaraq atəş açmağa başlayıb.

Basqın zamanı məktəbdə 500-dən çox tələbə və müəllim olub.

www.oxu.az