İki polis yaralanıb….
İki polis yaralanıb.
Türkiyənin Mardin əyalətində Kürdistan Fəhlə partiyasının (PKK) yaraqlıları keçən gecə regional hökumət rezidensiyasının binasını mühafizə edən polislərə hücum ediblər.
Yerli televiziyanın xəbər verdiyi kimi iki asayiş keşikçisi yaralanıb, onlardan biri ağır vəziyyətdədir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, terrorçular binanı və polisləri atəşə tutarkən əl qumbaralarından və avtomatik silahdan istifadə ediblər.
Polislər cavab atəşi açıblar, amma hücum edənlər hadisə yerindən qaça biliblər.
Hücumdan sonra rayona xüsusi təyinatlıların bölmələri gəlib, onlar yaraqlıların axtarışı məqsədi ilə kvartalları blok ediblər.
Rayonlardan birində yenidən atışma yaranıb, nəticədə iki PKK üzvü güllələnib. Onların sənədləri və silahları götürülüb.
Bu əyalətdə yaraqlılar Nusaybin ərazisində jandarmeriyanın binasına da hücum ediblər. Atışma 40 dəqiqəyə yaxın davam edib.
Xüsusi təyinatlılar hücum edənlərə atəş açıblar, bundan sonra terrorçular yaxınlıqdakı meşə massivində gizləniblər.
Regionda yaraqlıların axtarışı və zərərsizləşdirilməsi üzrə əməliyyat aparılır.