Türkiyədə kütləvi iğtişaşlar davam edir: Ölənlərin sayı 19-a çatıb

PKK-çılar yerli polis rəisinə odlu silahdan atəş açıblar…

PKK-çılar yerli polis rəisinə odlu silahdan atəş açıblar.

Türkiyə dövlətini Suriyanın kürdlərin yaşadığı Kobani şəhərinin “İŞİD” tərəfindən ələ keçirilməsinə laqeyd qalmaqda ittiham edən PKK tərəfdarları zorakılıqla müşayiət olunan etiraz aksiyalarını davam etdirirlər.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Diyarbəkir başda olmaqla, Türkiyənin müxtəlif vilayətlərində baş verən kütləvi iğtişaşlar nəticəsində ölənlərin sayı 19-a çatıb.

Diyarbəkirdə təhlükəsizlik qüvvələri ilə toqquşmalar zamanı 10, Mardin vilayətində 3, Siirt vilayətində 3, Muş, Van və Batman vilayətlərinin hər birində isə 1 nəfər ölüb.

Mersin vilayətinin Tarsus rayonunda PKK-çılar yerli polis rəisi Haydar Çelikə odlu silahdan atəş açıblar. H. Çelik sol əlindən yaralanaraq xəstəxanaya çatdırılıb. 

İğtişaşlar davam edir. 

www.oxu.az