Yaralananlar var….
Yaralananlar var.
Türkiyənin Tunceli yaşayış məntəqəsində terrorçu PKK qruplaşmasının üzvləri hərbi bazaya hücum ediblər.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hücum nəticəsində 1 əsgər və 1 mülki şəxs yaralanıb.
Bildirilir ki, Pülümür şəhərində partlayıcı ilə yüklənmiş avtomobili partladan terrorçu daha sonra əsgərlərə atəş açaraq, hadisə yerindən qaçıb.
İlkin məlumata görə, hadisə nəticəsində çavuş Murat Kaba və evi hərbi bazaya yaxın yerləşən Gülizar Şahin yaralanıblar.