Təqvimin çapı dayandırıldı…
Təqvimin çapı dayandırıldı.
Türkiyə Xarici İşlər Nazirliyinin 2015-ci il üçün “Çanaqqala Qəhrəmanlıq və Əbədi Dostluq Xatirəsi” adlı təqvimində Ermənistanın paytaxtı İrəvandakı qondarma “erməni soyqırımına” həsr olunmuş abidənin əksi yerləşdirilib.
Oxu.Az Türkiyə mətubatına istinadən xəbər verir ki, qardaş ölkənin Xarici İşlər Nazirliyi məsələ ilə bağlı təcili araşdırmaya başlayıb. Təqvimin çap olunması dayandırılıb və hazırda fotoşəkilin kim tərəfindən təqvimə salınması müəyyənləşdirilir.
Türkiyə XİN-nin rəsmiləri fotoşəkilin təqvimə “digər fotoşəkillərə qarışaraq, səhvən düşdüyünü və bu şəkildə çap olunduğunu” bildiriblər.
Bu işə aidiyyatı olanlarla bağlı araşdırma aparıldığını deyən rəsmilər, təqvimin heç yerdə paylanmadığını, yalnız bir neçə surətin göndərildiyini bildiriblər.
Qeyd edək ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan erməni həmkarı Serj Sarkisyanı aprelin 24-də keçiriləcək Çanaqqalla döyüşünün 100 illiyinə həsr olunmuş mərasimə dəvət edib.
/Oxu.az/