Türkiyədəki “Xocalı Şəhidləri Parkı”nın lövhəsi hücuma məruz qalıb

Türkiyə bayrağı yerə atılıb…

Türkiyə bayrağı yerə atılıb.

Türkiyənin Turqutlu rayonunda yerləşən “Xocalı Şəhidləri Parkı”ndakı lövhə naməlum şəxs və ya şəxslərin hücumuna məruz qalıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə Turqutlu rayon bələdiyyəsinin sədri Turqay Şirin bildirib.

Onun sözlərinə görə, parkın lövhəsinin bəzi hissələri cırılıb, Türkiyə bayrağı isə yerə atılıb. O bu hadisəni qınadığını bəyan edib.

Xatırladaq ki, bu park 2015-ci il fevralın 27-də yerli bələdiyyə şurasının qərarı ilə rayonun Turqutlar məhəlləsinin Özgün küçəsində açılıb.

www.oxu.az